Yerimə qabiliyyəti məhdud övladına təkərli oturacaq verilmədiyini deyir.
Ata Elxan Əhmədov bildirir ki, oğlu Seyidağa Əhmədova I qrup əlilliyə görə, 4 aydır əlillik üçün təyin olunan oturacağı ala bilmir. Hətta bununla bağlı dəfələrlə rəsmi qurumlara da müraciət edib.
Elxan Əhmədov deyir ki, yerimə qabiliyyəti məhdud olan oğlunun hazırki təkərli oturacağını da ona qonşusu müvəqqəti olaraq verib.
Məsələ ilə bağlı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq.
Agentlikdən “Xəzər Xəbər” bildirildi ki, Bakı şəhər sakini birinci dərəcə əlillik təyinatı olan Əhmədov Seyidağa Elxan oğlunun Agentlik tərəfindən müxtəlif illərdə bir sıra reabilitasiya vasitələri ilə təminatı aparılıb. Hazırda isə vətəndaşa qapalı və açıq məkanda istifadə üçün universal mexaniki təkərli oturacaqlara və digər reabilitasiya vasitələrinə tibbi göstəriş təyin edilib. Qanunvericiliyə uyğun olaraq Seyidağa Əhmədovun həmin reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.