Xəzər Xəbər

2025-ci ildə qüvvəyə minəcək qanunlarda hansı cəzalar nəzərdə tutulub? VİDEO

Veb TV | 21:40 • 30 Dekabr 2024
2025-ci ildə qüvvəyə minəcək qanunlarda hansı cəzalar nəzərdə tutulub?

2025-cil ildə Azəraycanda bir neçə yeni qanun qüvvəyə minəcək.

Xezerxeber.az xəbər verir ki, yeni ildən başlayaraq müddətli  həqiqi  hərbi  xidmətə  çağırışla  bağlı yeni qaydalar tətbiq ediləcək.

Belə ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmətlə əlaqədar son yaş həddi azaldılıb 35-dən 30-a qədər  azaldılıb.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən daha bir dəyişikliyə əsasən müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq.

Heyvanlarla rəhmsiz rəftar edənlər də məsuliyyətə cəlb olunacaqlar.

"Heyvanlar aləmi haqqında" qanuna edilən dəyişikliyə əsasən heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə  həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Bu arada Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə cərimələr dəyişib, cəzalar sərtləşdirilib. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Həmin şəxslərin  cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığının  məhdudlaşdırılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar