Xəbər verdiyimiz kimi, Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib. Qida və ərzaqdan ibarət olan tırlar bu gün səhər saatlarında bakıdan yola düşüb.
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq dəstək göndərilir.
Humnitar yardım karvanının tezliklə İdlibə çatdırılması hədəflənir.
O da bildirildi ki, bu yardım son deyil və davamı olacaq. Ümumilikdə Suriya məsələsi Azərbaycanın gündəliyindədir və bu istiqamətdə tədbirlər qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcək
Ayxan Hacızadə onu da qeyd edib ki, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Onlar keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçiriblər və Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Suriyada Azərbaycan səfirliyinin 2012-ci ildən fəaliyyət göstərməməsi və səfirliyin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.