Əli yalın əhalini güllə baran edib, kəndləri dağıdaraq talan edə-edə işğal etdikləri torpaqlarımızı baxa-baxa tərk etdilər.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri Qazaxın işğaldan azad edilən 4 kəndinin Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin sakinləri söyləyir.
Azərbaycan Prezidentinin qətiyyətli addımı nəticəsində Ermənsitan tərəfi tarixi ərazilərşmizdən geri çəkilməyə məcbur oldu.
Şanlı dövlət bayrağımız sözügedən kəndlərdə ucaldıldı. İndi sözügedən kəndlərin sakinləri tezliklə öz doğma dədə-baba yurdlarına qayıdacaqları günü gözləyirlər.
İndi bu kəndlərimizin etibarlı mühafizə və müdafiəsini Dövlət Sərhəd Xidməti həyata keçirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.