Xəzər Xəbər

Bölgələrdə aviaqəzada həlak olanlarla izdihamlı vida mərasimi keçirilib VİDEO

Veb TV | 22:00 • 29 Dekabr 2024
Bölgələrdə aviaqəzada həlak olanlarla izdihamlı vida mərasimi keçirilib

Bu gün böləgələrdə də insanlar yaxınları ilə sonuncu dəfə vidalaşıb onları sonuncu mənzilə, əbədiyyətə yola salıblar.

Xezerxeber.az xəbər verir ki, 22 yaşlı Əli Əlimirzəyev və bacısı 19 yaşlı Xədicə Əlimirzəyeva təyyarə qəzasında həyatını itirənlərdəndilər. İki gün əvvəl Xədicənin cənazəsi ailəsinə təhvil verilsə də onun qardaşının nəşi bu gün doğulub boya-başa çatdığı  Qusar rayonunun Suduroba kənd qəbiristanlığında bacısının yanında dəfn olunub.

Ağdaş rayon Ərəb kənd sakini 25 yaşlı Həbib İsmayılovun cənazəsi də kənd qəbiristanlığında torpağa tapşırılıb.

28 yaşlı Ramin Ağayevin Ural Hava yollarına məxsus şirkətdə elə bələdçi vəzifəsində çalışırmış. Mərhumla bu gün Sumqayıtda vida mərasimi təşkil olunub Hacı Zeynalabdin qəsəbə qəbiristanlığında son mənzilə yola salınıb.

Yeni ili qızının yanında keçirmək üçün yola çıxan 61 yaşlı Leyla Bayramovanın nəşi isə Abşeron rayonun Mehdiabad qəsbiristanlığında torpağa tapşırılıb.

Rusiyaya işləmək üçün gedən 33 yaşlı Anar Babayevlə vida mərasimi Astara rayınun  Şiyəkəran kəndində olub. Daha sonra isə o, kənd qəbirstanlığında dəfn olunub.

Təyyarə qəzasında həlak olan Balakən rayon sakinləri olan 8 nəfərin - 20 yaşlı  Balakən rayonu Qullar kənd qeydiyatında olan Mahmud Tütünçiyev, 56 yaşlı Şərif kənd sakini Rəşid Qıstarov və 62 yaşlı İbrahim Qıstarov, 34 yaşlı Xalatala kənd sakini Həmzət Qurbaçov, 55 yaşlı  Yeni Şərif kənd sakini Rəna Yeznayeva və 64 yaşlı Mömünət Qoqamova, 52 yaşlı  Müşəşambul kənd sakini Mələykə Anqbazova və 36 yaşlı Şambul kənd sakini Yadigar Mehdiyevin nəşləri doğulduqları kənd qəbiristanlıqlarında torpağa tapşırılıb.

Təyyarə qəzasında  həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri - 47 yaşlı Arif Carayev, 34 yaşlı Hacıibrahim Carayev və 43 yaşlı Xizri Ceerov, Höytala kənd sakini 58 yaşlı Nərminə İgidova və Maqov kənd sakini 28 yaşlı İbrahimxəlil Kostiyevlə vida mərasimi keçirildikdən sonra dəfn olunublar.

26 yaşlı Ramin İbrahimovun nəşi də doğulub, boya başa çatdığı Şəmkirin Yuxarı Seyfəli kənd qəbirstanlığında torpağa tapşırılıb.Yaxınlarının bildirdiyinə görə, mərhum Rusiyaya işləmək üçün gedirmiş.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar