Xəzər Xəbər

AZAL-ın qəhrəman ekipaj üzvləri son mənzilə belə yola salındı VİDEO

Veb TV | 20:00 • 29 Dekabr 2024
AZAL-ın qəhrəman ekipaj üzvləri son mənzilə belə yola salındı

II Fəxri xiyaban şəhidlərini qarşılayan kimi onları qarşıladı... Böyük izdiham, çiskin yağış, əllərində gül dəstələri olan yüzlərlə insan və bir də üzlərinə heç vaxt getməyəcək kədər qonan yaxınlar...

Qəhrəman pilotları və peşəkar bələdçini belə yolladıq əbədiyyətə... Ürəyimizdə hər şeyin yaxşı olacağına dair ümidlə...

Bələdçi Hökümə Əliyevanın qardaşı onun tabutunu çiyni üstə yox, başı üstə qaldırdı. Bu Höküməyə "başımız üstə əbədi yerin var" demək idi... Qohumlarının da onun haqqında danışanda başı dik idi...

Qəhrəman pilot İqor Kşnyakinin övladları isə həmişə göydə olan atalarını bu dəfə əbədi yerində görəndə donuq baxışlarla baxırdılar...

Gənc kapitan Aleksandr Kalyaninovun anası bəlkə hələ də hiss edirdi ki, oğlu hansısa ölkəyə uçub yenə geri qayıdacaq... Sözlər yaş axıdan gözlər yanında necə də aciz qalır...

Səma qəhrəmanlarının həmkarları da onlarla qürur duyur...

Dəfndə hamı bunu deyirdi: əslində o cür çətin vəziyyətdə təyyarə dənizə düşməliydi. Qurulan plan da bu idi. Hava gəmisi vurulmuşdu, GPS bloklanmışdı, hər şeyi hesablamışdılar, təkcə pilotun təcrübəsini nəzərə almamışdılar. 40 ildən çox təcrübəsi ilə İqor Kşnyakin və yanındakı gənc kapitan Alaksandr Kalyaninov səmada qurulan planları suya saldılar, amma təyyarəni yox. Belə bir ifadə eşitdim ötən gün.

Ekipaj ölmür səmaya qayıdır. Göy üzü əbədiyyən sizindir artıq...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar