Toya və yasa gedən maşınlar toqquşub.
Xezerxeber.az-ın məlumatına görə, dəhşətli qəzada 3 nəfər ölüb. Hadisə Biləsuvar rayonu ərazisində qeydə alınıb.
Xəsarət alanların 6- sı İmişli, 2 nəfəri isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Kürdəmirdə isə qəzaya düşən iki qardaşdan biri ölüb. Hadisə rayonun Atakişili kəndi ərazisində qeydə alınıb. Mikroavtobus avtomobillə toqquşub. Qəza zamanı minik maşınında olan sürücü, İmişli rayon sakini 21 yaşlı Samir Hüseynli hadisə yerində dünyasını dəyişib. Onun sərnişini olan 2009-cu il təvəllüdlü qardaşı isə müxtəlif dərəcəli ağır bədən xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə zamanı dünyasını dəyişən Samir Hüseynlinin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.