Qala-Pirallahı yolunda geridönmə hissənin qəsəbədən nisbətən uzaq olması sakinlərinin işini çətinləşdirib.
Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsinin sakinləri deyirlər ki, Qala-Pirallahı yolunda geridönüş hissəsi çox uzaq olduğundan onlar məktəbə uşaqlarını aparmaqda çətinlik çəkirlər.
Sakinlər deyirlər ki, yolu uzatdıqları üçün uşaqlar dərsə gecikirlər. Bəzi hallarda şagirdlər gecikməsinlər deyə qayda pozmalı da olurlar. Bunun üçün əks yola çıxmağa görə yol polisi tərəfindən cərimə olunurlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan ''Xəzər Xəbər''ə bildirdilər ki, həmin əraziyə baxış keçiriləcək və təhlillər aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.