"Qroznıda təyyarəyə kənardan 3 zərbə dəydi və 3 dəfə möhkəm silkələndi".
Xezerxeber.az-ın məlumatına görə, qolundan yaralanan bələdçi Zülfüqar Əsədov belə deyir.
O bildirir ki, bundan sonra təyyarədə nasazlıq yaranmağa başlayıb.
Bələdçi deyir ki, pilotun təyyarəni suya endirmək fikri var idi, lakin müəyyən səbəblərdən bu qərarını dəyişib.
Sağ qalan bələdçi bildirir ki, 29 nəfər bu gün pilotların fədakarlığı nəticəsində yaşayır.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə çırpılıb. Nəticədə 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.