Xəzər Xəbər

Qəzada sağ qalan təyyarə bələdçisi "Xəzər Xəbər"ə mühüm açıqlama verib VİDEO

Veb TV | 19:51 • 27 Dekabr 2024
Qəzada sağ qalan təyyarə bələdçisi "Xəzər Xəbər"ə mühüm açıqlama verib

Sərnişinlərdən biri  kəmərdən asılı qalaraq  xilas  olub, digəri isə gözünü  açanda Aktauda  olduğunu eşidib.

Xezerxeber.az-ın məlumatına görə, ekipaj üzvü olan Aydan Rəhimli bildirib ki, oksigen balonunun partlaması ilə bağlı məlumatlar yalandır. Təyyarədə qəlpə yaraları alanlar olub.

Bələdçi Aydan Rəhimli deyib ki, pilot İqor Kşnaykin və Alexsandr Kalyaninovun peşəkarlığı və soyuqqanlılığı onları xilas etdi. Aydan Rəhimlinin sözlərinə görə, təyyarəyə vurulan zərbələrdən digər bələdçi Zülfiqar da yaralanıb.

Sərnişinlər arasında olan Balakən rayonu, Hənifə kənd sakini Vəfa Şabanova isə Qroznıda işləyən həyat yoldaşının yanına gedirmiş.

“Dənizin üstündə olduğumuzu gördüm, elə bildim dənizə düşəcəyik, amma təyyarə yenə qalxdı” - deyə Vəfa Şabanova bildirib.

Sərnişinlərin sözlərinə görə, ekipaj üzvlərinin təmkini və peşəkarlığı onların həyatını xilas etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar