Xəzər Xəbər

17 yaşlı qızın şəxsiyyət vəsiqəsi necə "oğlan" kimi qeyd olunub? – TƏFƏRRÜAT VİDEO

Veb TV | 22:08 • 26 Dekabr 2024
17 yaşlı qızın şəxsiyyət vəsiqəsi necə "oğlan" kimi qeyd olunub? – TƏFƏRRÜAT

Həm doğum şəhadətnaməsində həmdə şəxsiyyət vəsiqəsində  qız yazılıb.... Lakin, məlumat  bazasında oğlan kimi  qeydiyyatdadır...

Xezerxeber.az xəbər verir ki, tragikomik hadisə ilə Masallı rayonunun Eminli kənd sakini  üzləşib. Belə ki, valideynləri 16 yaşın qızın  şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün  ASAN xidmətin Masallı şöbəsinə müraciət ediblər. Müraciət zamanı məlum olub ki, qızın  məlumat sistemində cinsi oğlan kimi qeydiyyata alınıb. Bu səbəbdən vəsiqənin yenilənməsi mümkün olmayıb.

Qızın  babası Adəm Əhmədov deyir ki,bu məsələ ailəni ciddi narahat edib. Onlar sənədlərdəki səhvin rəsmi qurumların texniki və ya diqqətsizlik səbəbindən baş verdiyini deyirlər. Valideynlər qızlarının sənəd probleminin  tezliklə həll olunmasını istəyir. Çünki bir neçə aydan sonra övladları 11-ci sinfi bitirib ali məktəb imtahanlarda iştirak etmək istəyir.

Yaranan problemlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, nazirliyin məlumat sistemində həmin vətəndaşın anket məlumatları  qız kimi qeyd edilmişdir. Vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə olunub.

Ədliyyə  Nazirliyinin  mətbuat  xidmətindən isə bildirilib ki, məsələnin araşdırılması məqsədilə vətəndaşın ədliyyə Nazirliyinə müraciət etməsi tövsiyə edilir. Vətəndaşın müraciəti araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq müraciətə baxılacaqdır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.    

Xəbər lenti

Çox oxunanlar