Dünəndən bəri qazaxıstanda yaşayan həmvətənlərimiz yardım üçün səfərbər olublar. Qan mərkəzinin önündə izdiham yaşanır.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Qazaxıstanın Aktau şəhərində yaşayan həmyerlimiz Şahin Süleymanov deyib.
"Xəzər Xəbər"ə açıqlamasında Aktau şəhərindəki Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov isə bildirib ki, Azərbaycan diasporunun fəalları bu faciənin ilk anlarından etibarən hərəkətə keçib. Qazaxıstanda yaşayan həmvətənlərimiz istənilən yardım üçün səfərbər olublar.
Qazaxıstanda "Dostluq" etnomədəni birliyinin sədri Şəmsəddin Hüseynov isə deyib ki, insanların təxliyyə olunması üçün bütün şəraiti yaradılır.
Qeyd edək ki, xəsarət alanların vəziyyətləri ilə bağlı məlumatlar fasiləsiz olaraq yaradılan mərkəzə, eləcə də yaxınlarına ötürülür.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.