Xəzər Xəbər

Hüquqşünas olan Hökümə stüardessa olmağı bu səbəbdən seçmişdi VİDEO

Veb TV | 21:21 • 26 Dekabr 2024
Hüquqşünas olan Hökümə stüardessa olmağı bu səbəbdən seçmişdi

Dünən baş verən faciə bir daha o çətin anda belə neçə insana ümid olan qəhrəmanlarımızı tanıtdı.

Xezerxeber.az xəbər verir ki, səmada, əslində əlin heç nəyə çatmadığı fəzada Hökümənin hər şey haqqında danışması, hər şeyin yaxşı olacağını deməklə uçan ümidlərə qanad verməsi yaddaşlardan heç vaxt silinməyəcək.

O indi hər kəsin yaddaşına səsi ilə həkk olunub... Səsi ilə bir çoxlarının yenidən doğulmasına kömək olub... Özü isə elə o son sözlərlə əbədiyyətə yola düşüb...

Bu dəfə təyyarənin enişindəki alqışlar salamat qalanların əbədiyyətə gedənlər üçün duaları idi...

"Balam hər zaman deyirdi ki, istəyirəm mənimlə fəxr edəsiniz", - Hökümənin anası Kəmalə Alıyeva danışır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.    

Xəbər lenti

Çox oxunanlar