Xəzər Xəbər

Saxta reklamlar vasitəsilə şəxsi məlumatlar oğurlanır XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 19:50 • 25 Dekabr 2024
Saxta reklamlar vasitəsilə şəxsi məlumatlar oğurlanır

Rəqəmsal platformalarda yayımlanan reklamlarına qarşı diqqətli olmalıyıq.

Xezerxeber.az-ın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin vətəndaşlara etdiyi xəbərdarlıqda öz əksini tapıb.

Sosial şəbəklərdə tanınmş şəxslərin və ya səhifələrin adına açılmış saxta profillərdən yayılan kontentlərin doğru olub-olmadığını yoxlamaq vacibdir. Bu cür hesablar vasitəsilə istifadəçilər aldadılaraq fırıldaqçılıq hədəfinə çevrilə bilər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Rəşad Əliyevin sözlərinə görə, bu kimi hallar son vaxtlar daha da artıb. Hətta bəzi vətəndaşların şəxsi məlumatları belə oğurlanıb. Bu vəziyyətin yaranmaması  üçün həmin hesabları araşdırmaq mütləqdir.

Vətəndaşlar bu kimi şübhəli hallar aşkarladıqları zaman Daxili İşlər Nazirliyinin müvafiq qaynar xəttinə və ya hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti