Türkiyədə partlayıcı maddə istehsal edən fabrikdə partlayış baş verib.
Xezrexeber.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 12 nəfər həlak olub, yaralılar var.
Partlayışdan sonra baş verən yanğın söndürülüb. Hələlik diversiya ehtimalının olmadığı bildirilir.
Məlumata görə, zavodda silah-sursat - ov və idman patronları, mülki partlayıcılar, patronlar istehsal olunur.