Masallı rayonunun Güllütəpə kəndində 63 yaşlı Vaqif Alışova məxsus fərdi yaşayış evində partlayış baş verib.
Xezerxeber.az-ın məlumatına görə, partlayış ev sahibi otaqda İran sobası quraşdırarkən yaranıb və Vaqif Alışov ağır bədən xəsarətləri alıb.
Partlayış zamanı evin xanımı başqa yerdə olub. Evə gələn qadın həyətlərində başqa adamların olduğunu və evinin uçub dağıldığını görüb.
Qeyd edək ki, ailənin 1-ci qrup, iki azyaşlı qüsurlu övladları var.
Faktla bağlı aidiyyatı orqanlar araşdırma aparır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.