Xəzər Xəbər

Saxta iş elanı ilə vətəndaşların pullarını mənimsəyən şəxs tutuldu VİDEO

Veb TV | 21:31 • 23 Dekabr 2024
Saxta iş elanı ilə vətəndaşların pullarını mənimsəyən şəxs tutuldu

Sosial şəbəkələrdə uşaq baxçalarında işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitləri ələ keçirən şəxs müəyyən olunub.

Xezerxeber.az xəbər verir ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən vətəndaşlara qarşı kütləvi dələduzluq əməllərində şübhəli bilinən daha bir nəfər - 1995-ci il təvəllüdlü Mirnicat Əmirov saxlanılıb.

Müəyyən edilib ki, M.Əmirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırıldıqdan sonra  zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb.

Şübhəli şəxsən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Xəbər lenti