Ağstafada ötən gün törədilmiş qətlin təfərrüatları məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Vurğun qəsəbə sakini, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir. Mədinə Qədimovanın valideynləri bildiriblər ki, ər-arvad arasında əvvəllər də münaqişələr olub. Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qaynatasıgilə gedib.
Mərhumun yaxınlarının iddialarıa görə, Valeh Qədimov qaynanasıgili nişan mərasiminə apardıqdan sonra evə qayıdıb. Bu dəfə o, evdə heç kimin olmadığı vaxt hadisəni törədib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.