Sosial mediada yayilan görüntüdə sürücü benzin çənini göstərərək maşina benzin əvəzinə su vurulduğunu deyir.
Xezerxeber.az-ın xəbərinə görə, video-çəkilişdə sürücü iddia edir ki, yanacaqdoldurma məntəqəsinda benzin əvəzinə avtomobilin yanacaq çəninə su vurulub.
Hadisə paytaxt ərazisindəki yanacaqdoldurma məntəqələrindən birində baş verib. Həmin şəxs avtomobili ustaya aparıb və çəndəki yanacağı çəkib.
Sürücü iddia edir ki, yanacağa görə, avtomobilinə 500 manat ziyan dəyib.
Son vaxtlar sosial şəbəkələrdə belə hallarla üzləşən sürücülərin videolarına tez-tez rast gəlinir.
Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, son günlərdə bəzi avtomobillərdə yaranmış təxniki nasazlıqların böyük əksəriyyəti yanacaqla bağlıdır.
Bəs yanacağın su ilə qarışması avtomobilə nə kimi zərər vurur?. Bəs belə olduqda sürücüyə dəymiş zərəri kim qarşılamalıdır?
Məsələ ilə bağlı hüququşünaslar ''Xəzər Xəbər''ə bildirdilər ki, avtomobilə dəymiş zərər əgər sübuta yetirilərsə, yanacaq doldurma məntəqəsi ziyanı ödəməlidir. Əgər ödəməkdən boyun qaçırarsa, sürücü məhkəməyə müraciət edərək bunu təmin edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.