Yüksək sürət canlar almaqda davam edir...
Xezerxeber.az xəbər verir ki, son 11 ayda avtomobil qəzalarında 400-ə yaxın şəxs həyatını itirib.
Hər il bayram günlərində qəzaların sayı daha da artır. Qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq sürücülərə maksimum diqqətli olmağı tövsiyə edir.
Yol hərəkəti qaydaları üzrə ekspert Yasin Mustafayev də deyir ki, bayram günlərində qəzaların sayı digər dövrlərlə müqayisədə artır.
Baş Dövlət Yol Polisi İdarəsindən o da bildirildi ki, qarşıdan gələn bayram günllərində polis yollarda nəzərəti daha artıracaq və qayda pozan sürücülər aşkar edilən kimi inzibati qaydada cərimə ediləcəklər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.