Xəzər Xəbər

Təcrübəli mütəxəssislər dövlət qulluğundan özəl sektora keçirlər AÇIQLAMA/VİDEO

Veb TV | 20:06
Təcrübəli mütəxəssislər dövlət qulluğundan özəl sektora keçirlər

Dövlət qulluğuna gedən şəxslərin sayı azalacaq. Buna səbəb özəl sektorun verdiyi əməkhaqqının çox olmaısıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, mütəxəssislər müəyyən təcrübə topladıqdan sonra dövlət qulluğundan özəl sektora keçirlər.

Məleykə Abbaszadə, həmçinin bildirib ki, 9 və ya 11-ci sinfi bitirəndən sonra heç bir orta, yaxud ali təhsil almadan birbaşa əmək bazarına gedən şəxslər var. Bu göstərici ildən-ilə azalsa da, hələ də belə şəxslər var. O vurğulayıb ki, məktəblər Dövlət İmtahan Mərkəzinə müraciət edə bilər və 14-15 yaşlı şagirdlərə hansı istiqamətdə təhsillərini davam etdirmələrinə dair məsləhətlər verilər. Bununla da yaxşı nəticə oluna bilər.

Məleykə Abbaszadə beynəlxalq sertifikasiya proqramlarının universitetlərdə olmasını da təklif edib. Onun sözlərinə görə, bununla da ali məktəbi bitirən şəxs asanlıqla beynəlxalq sertifikat əldə edib rahat iş tapa bilər. Çünki beynəlxalq sertifikatları xarici dili yaxşı bilənlər əldə edə bilərlər. Bu işdə universitetlər də maraqlı olmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Xəbər lenti

Çox oxunanlar