Gəncədə bıçaqlanma baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Bıçaqlanan və hadisəni törətməkdə şübhəli bilinən şəxsin qəsəbədə yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu deyilir. Məlumata görə, məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə idarə tərəfindən nəzarətə götürülüb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xəstəxana da yaralının vəziyyəti barədə məlumat verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.