Xəzər Xəbər

Yeni aldığı evə su damır - Bakı sakini aldadıldığını iddia edir VİDEO

Veb TV | 20:23 • 15 Dekabr 2024
Yeni aldığı evə su damır - Bakı sakini aldadıldığını iddia edir

Binəqədi rayonu, 1-ci mədən, 10-cu korpus ünvanında yeni tikilmiş həyət evi alan Bakı sakini Nahidə Süleymanova aldadıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçi iddia edir ki, evin yeni təmirli olduğuna aldanaraq onu Seymur adlı şəxsdən alıb. Ancaq yağış yağan kimi evin tavanından su damıb, divar kağızları soyulub. Hətta şikayətçinin iddiasına görə, evdə kanalizasiya sistemi yoxdu, həmçinin su sayğacı da quraşdırılmayıb. Nəticədə şiakyətçi təzə aldığı evinə köçüb yaşaya bilmir.

Məsələ ilə bağlı Seymur adlanan həmin şəxslə əlaqə saxlamağa çalışdıq. Ancaq o, iddiaları cavablandırmaq əvəzinə, yüksək tonla danışaraq bizi şikayətçinin adamı olmaqda ittiham edib.

Mövzu ilə bağlı müaciət etdiyimiz hüquqşünas isə bildirdi ki, şikayətçi məhkəməyə müraciət edib ödədiyi pulu geri qaytara bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar