Xəzər Xəbər

Bölgələrdə internet xətlərini çəkən 60-a yaxın işçi maaşlarını ala bilmirlər ŞİKAYƏT/VİDEO

Veb TV | 20:06 • 15 Dekabr 2024
Bölgələrdə internet xətlərini çəkən 60-a yaxın işçi maaşlarını ala bilmirlər

Rayonlarda və kəndlərdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini yerinə yetirən 60-a yaxın işçi aylardır ki, maaşlarını ala bilmirlər.

Onların bəziləri 3 ay, bəziləri 4, bəziləri isə 6 aydır ki, maaşlarını ala bilməyiblər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət "Upsilon” MMC bölgələrdə internet dirəklərinin basdırılması və kabellərin çəkilməsi işini görən işçilərindən gedir.

Onlar iddia edirlər ki, şirkət 60-a yaxın işçinin əməkhaqlarını vermir və onları yalan vədlərlə gözlədir.

İşçilər deyirlər ki, onlara həvalə olunan işi vaxtında təhvil veriblər.

Maaş gecikmələrinin səbəbini öyrənmək üçün "Upsilon” MMC ilə əlaqə saxladıq. Şirkətdən "Xəzər Xəbər"ə bildirildi ki, ilin sonunadək təhvil-təslim prosesi yekunlaşdırılacaq və işçilərin maaşları tam ödəniləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Xəbər lenti

Çox oxunanlar