İki il əvvəl burnuna dolğu etdirmiş Bakı sakini problemlə üzləşib.
Xezerxeber.az-ın məlumatına görə, Nuray Muxtarova deyib ki, dolğu etdirən zaman onda hər hansı bir narahatlıq olmayıb, amma sonradan vəziyyəti ağırlaşmağa başlayıb.
Tez-tez burun tıxanıqlığı, baş ağrıları olan Nuray Muxtarova daha sonra başqa bir həkimə müraciət edib. Elə bütün ağrıların səbəbi də bu zaman ortaya çıxıb. Məlum olub ki, onun burnunda çürümə baş verir. Burnu çürüyən qadın dərhal əməliyyat olunub. Müsahibimiz 8 saatlıq bir əməliyyat keçirib.
O, dolğu etdirən zaman çox həkimə müraciət etdiyini və ona görə də konkret olaraq problemin hansı həkimin səhlənkarlığından qaynaqlandığını bilmir.
Həkim səhlənkarlığının və ya savadsızlığının qurbanı olan Nuray Muxtarova vətəndaşları həkim seçimi edərkən daha diqqətli olmağa çağırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.