Xəzər Xəbər

Avtobusların köhnə olması sərnişinlərin narazılığına səbəb olur VİDEO

Veb TV | 20:24 • 13 Dekabr 2024
Avtobusların köhnə olması sərnişinlərin narazılığına səbəb olur

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsindən 8-ci kilometr bazarı, eləcə də əks istiqamətdə işləyən 105 saylı marşrut avtobuslarının köhnə olması sərnişinlərin narazılığına səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər deyirlər ki, sözügedən avtobuslar istismar müddətini başa vurub və təhlükəsizlik tələblərinə cavab vermir.

Sürücülər isə sərnişinlərin firikləri ilə razılaşmırlar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, 105 nömrəli marşrutda 16 avtobus 7-9 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Marşrutun müvəqqəti istismarçısına mövcud qanunvericiliyə və AYNA-nın tələblərinə uyğun olaraq istismarındakı köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəz edilməsi və ya mərhələli şəkildə təmir olunaraq saz vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib. Həmçinin marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, eyni zamanda müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə riayət olunması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar