Xəzər Xəbər

Şəkidə canavarlar sakinlərə hücum edib, xəsarət alanlar var VİDEO

Veb TV | 21:41 • 13 Dekabr 2024
Şəkidə canavarlar sakinlərə hücum edib, xəsarət alanlar var

Şəkidə canavarlar üç nəfərə hücum edərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şorsu kəndində baş verib.

Kənd sakini Seymur İsayev övladını məktəbə apararkən kəndin ərazisində canavarın hucumuna məruz qalıb. Canavar Seymurun baş nahiyəsinə  xəsarət yetirib.

Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində də canavar insanlara hücum edib. Vəhşi heyvan iki nəfərə xəsarət yetirib. Kənd sakini 68 yaşlı Səfərəli Həsənov hücuma məruz qalan şəxslərdən biridir. Daha bir kənd sakini 28 yaşlı Məhəmməd Məmmədova hücum edən canavar onun sağ əlinə və kürək nahiyəsinə xəsarət yetirib.

Onlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həmin şəxslərə quduzluq əleyhinə peyvənd vurulub.

Hazırda onlar ev şəraitində olsalar da, həkim nəzarətində saxlanırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar