Reabilitasiya mərkəzlərinin effektiv fəaliyyətinə nəzarət edilməlisi olduqca vacibdir. Əks halda müacilə proessində qeyri şəffaflıq və vətəndaşların hüquqlarının pozulması halları yarana bilər. Hər yeni açılan mərkəz yoxlanmalı və lisenzasiya prosesindən keçməlidir.
Bu sözləri millət vəkili Pərvanə Vəliyeva “Xəzər Xəbər”ə açıqlamasında deyib.
O bildirib ki, mərkəzlərdə fəaliyyət göstərənlər ixtsaslaşmış kadrlar olmalıdır. Çünki belə müəsssisələr narkotik istifadəçiləri və digər asılılığı olan şəxslərin yenidən həyata qaytarılması üçün mühüm rol oynayır.
Millət vəkili deyir ki, son vaxtlarda bu mərkəzlərin sayı da, reklamı da artıb. Vətəndaşlar müraciət edərkən diqqətli olmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.