Ödənişsiz əsaslarla dövlət peşə təhsil mərkəzinə qəbul olduğunu, amma ondan illik ödəniş tələb olunduğunu iddia edir.
"Xəzər Xəbər"in “vatsap” qaynar xəttinə müraciət edən paytaxt sakini Şəhla Zamanlı deyir ki, bu ilin əvvəlində attestatla, təhsil üçün peşə məktəbinə müraciət edib. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Kargüzarlıq ixtisasına qəbul olunub. 4 aydır bu mərkəzdə təhsil alsa da, indi ona ödəniş etməli olduğu bildirilib.
Müsahibimiz iddia edir ki, pulu ödəməyəcəyi təqdirdə, onun imtahanlarda iştirakına qadağa qoyulacağı deyilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.