Xəzər Xəbər

“Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarında üçüncü ölkəyə ehtiyac yoxdur” – AÇIQLAMA VİDEO

Veb TV | 21:00 • 12 Dekabr 2024
“Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarında üçüncü ölkəyə ehtiyac yoxdur” – AÇIQLAMA

Ermənistan silahlanır. Bunun arxasında duran əsas qüvvələrdən biri Avropa İttifaqı və NATO-ya üzv ölkəsi olan Fransadır.

Bunu prezidentin köməkçisi Hikmət Hacıyev bildirib. "Fransa tərəfindən Ermənistana verilən öldürücü və hücum xarekterli silahlar ciddi narahatlıq doğurmaqdadır",-deyə Hikmət Hacıyev əlavə edib.

Prezidentin köməkçisi həmçinin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqı missiyasının yerləşdirilməsinə lüzum olmadığını vurğulayıb.

Hikmət Hacıyev son baş verən məsələlərə də münasibət bildirib. O qeyd edib ki, Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq və Azərbaycanla Suriya arasında normal münasibətlər formalaşacaq, dostluq münasibətləri zəminində ikitərəfli əlaqələr inkişaf edəcək.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti