Xəzər Xəbər

Zəngəzur dəhlizi nə vaxt açıla bilər? – Rəsmi münasibət VİDEO

Veb TV | 20:20
Zəngəzur dəhlizi nə vaxt açıla bilər? – Rəsmi münasibət

Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur.

Bunu Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir. Nazir həmçinin xatırladıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.

Ceyhun Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması məsələsinə də münasibət bildirib.

Nazir vurğulayıb ki, qısa marşrutla, yəni Ermənistan ərazisi üzrə dəhlizin açılması isə Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsindən asılıdır.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar