Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən 2Q nömrəli binaya istilik verilmir. Artıq istilik mövsümünə başlanılsa da, bu binanın sakinləri istilik üzünə həsrət qaldıqlarını deyirlər.
Xezerxeber.az-ın məlumatına görə, 70-dən çox ailənin yaşadığı binanın sakinləri deyirlər ki, problemin həll olunacağı bildirilsə də, nəticəsi olmayıb.
Məsələ ilə bağlı "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, problemin səbəbi binada kombi üçün nəzərdə tutulan ventillərin mənzillərin daxilində düzgün quraşdırılmaması ilə bağlıdır. Qurumdan o da bildirildi ki, binadakı texniki problemin aradan qaldırılması üçün texniki tədbirlər həyata keçirməyə hazırdırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.