Ötən gecə saat 4 rədələrində Samuxun Köbər kəndində evdə yanğın baş verib.
Xezerxeber.az-ın məlumatına görə, yanğın evi bürüyüb, alovu ram etmək mümkün olmayıb.
Ev sakinləri yanğından ancaq canlarını qurtara biliblər.
Ev sahibi Abid Qasımov əlindən və ayağından yanıq xəsarətləri alıb. Onlar yanğından son anda qurtula biliblər.
O bildirib ki, evlərinin sənədləri qaydasında olmadığından mülklərini sığorta etdirə bilməyiblər. Hadisə yerinə gələn kənd icra nümayəndəsi və bələdiyyə sədri isə bildiriblər ki, vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat veriblər və onlara kömək ediləcək. Hazırda ailə üzvləri qohumlarının evlərində qalmaq məcburiyyətindədirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.