Sabah Bakının bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Xezerxeber.az-ın məlumatına görə, ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Bakıda bəzi yollar avtomobillərin hərəkəti üçün bağlı olacaq.
Bu səbəbdən Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Fəxri Xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Baş Dövlət Yol Polisindən “Xəzər Xəbər”ə bildirilib ki, sürücülərin bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, məhdudiyyət sabah səhər saat 08:00-dan mərasim qurtaranadək davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.