Bakıda qonşular arasında dava qanla bitib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Əliağa Şıxlinski küçəsində baş verib.
Qayınatasıgilə qonaq gələn şəxsə və atasına mübahisə zamanı çoxsaylı bıçaq zərbəsi endirilib.
Şahidlərin sözlərinə görə, dava söyüş üstündə olub.
Ərazidə yaşayan şəxslər deyirlər ki, hadisəni törədən şəxslə tez-tez problem yaşamaqdan təngə gəliblər.
Məsələ ilə bağlı Təbibdən "Xəzər Xəbər"ə bildirildi ki, 52 və 20 yaşlı şəxslərə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal cərrahi əməliyyata alınıblar. Vəziyyətləri stabil qiymətləndirilir. Xəsarət alanlardan 21 yaşlı şəxsə isə dodaq və ağız boşluğunun yarası, əl və biləyin açıq yarası diaqnozu qoyulub. Zəruri tibbi yardımlar göstərildikdən sonra şəxsin öz istəyilə ambulator müalicə üçün evə buraxılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.