Xəzər Xəbər

Tovuzda azyaşlı qəfildən dünyasını dəyişdi – Prokurorluq dərhal hərəkətə keçdi VİDEO

Veb TV | 22:22 • 10 Dekabr 2024
Tovuzda azyaşlı qəfildən dünyasını dəyişdi – Prokurorluq dərhal hərəkətə keçdi

İki yaşlı qız uşağı qəfildən dünyasını  dəyişib.

Xezerxeber.az xəbər verir ki, hadisə Tovuz rayonunun Düz Cırdaxan kəndində qeydə alınıb.

Yeni evlərinə cəmi 5 gündür köçən Musayevlər ailəsinin yaxınları bildirir ki, ailənin ilk övladı olan iki yaşlı Zəhra Musayeva səhhətində yaranan problemlərdən dünyasını dəyişib. Səhər saatlarında uşağın sifətində qan görən ailəsi dərhal onu Tovuz  Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin, oradan da təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərindəki  xəstəxanaların birinə göndərilib. Azyaşlı xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti