Mərdəkanda yağışın fəsadları davam edir.
Xezerxeber.az xəbər verir ki, bu kadrlar Muxtar Hüseynov küçəsi və ətrafındakı vəziyyəti əks etdirir.
Yağış suları o qədər böyük gölməçələr yaradıb ki, sakinlər suda islanmamaq üçün yollarını dəyişdirirlər.
Məsələnin həlli gecikdikcə hər tərəfi ifunət iyi basır. Çünki sakinlər ərazidə qoyulan zibil qutularına yaxınlaşa bilmədiklərinə görə evlərinin zibilini hara gəldi atırlar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən xəzər xəbərə bildirdilər ki, problemin həlli onların xidmət çərçivəsində deyil:
Xəzər rayon İcra Hakimiyyətindən isə məsələ ilə əlaqədar bildirdilər ki, sözügedən ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmaması və fərdi tikililərin tullantı sularının həyətyanı sahədə qazılmış yeraltı şambolara axıdılması subasma prosesinin dinamikasının yüksəlməsinə zəmin yaradır. Bununla belə hal-hazırda Xəzər rayon Sukanal Idarəsi tərəfindən sözügedən ərazidə yağış sularının kənarlaşdırılması məqsədilə nasos quraşdırılaraq yaxınlıqda yerləşən təzyiqli kanalizasiya xəttinə ötürülməsi üçün işlər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.