Xəzər Xəbər

Dövlət və özəl uşaq müəssisələrində kimlərə yoxlama aparmağa icazə veriləcək? VİDEO

Veb TV | 21:25 • 10 Dekabr 2024
Dövlət və özəl uşaq müəssisələrində kimlərə yoxlama aparmağa icazə veriləcək?

Ödənişli yollardan qanunsuz  istifadə  edənlərə  qarşı nəzarət  gücləndirilir...Belə ki, bu yollardan istifadə qaydalarını pozanlar cərimələncəklər.

Xezerxeber.az xəbər verir ki, bəzi sürücülər kənar yollardan istifadə etməklə, bəziləri də  xidməti zolaqdan keçərək  ödənişli avtomagistrallara daxil olurlar... İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni maddəyə əsasən  belə sürücülər yüz əlli manat məbləğində cərimə ediləcəklər. Bununla bağlı qanun layihəsi milli məclisin pelanar iclasında ilk oxunuşda təsdiqlənib.

Həmçinin, buraxılış məntəqələrinin normal işinə mane olmağa, gediş üçün maneəni özbaşına götürməyə görə iki yüz manat məbləğində cərimə edilir.

İnzibati xətalar məcəlləsinə təklif edilən digər  dəyişikliyə görə, aptekdəki dərmanlar və onların qiymətləri barədə istehlakçıya məlumat verməyən satıcılar  200 manatadək cərimələnəcək.

İclasda həmçinin dövlət və özəl uşaq müəssisələrində nəzarət mexanizminin gücləndirilməsi məsələsi də müzakrə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti