Xəzər Xəbər

Təcili Yardım çağırışına gedən həkim özü xəstəxanalıq olub - Qarşı tərəfi hansı cəza gözləyir? VİDEO

Veb TV | 21:20 • 10 Dekabr 2024
Təcili Yardım çağırışına gedən həkim özü xəstəxanalıq olub - Qarşı tərəfi hansı cəza gözləyir?

Təcili Yardım çağırışına gedən həkim özü xəstəxanalıq olub.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, dekabrın 8-i Təcili və Təxirəsalınmaz Tibbi yardıma daxil olan çağırış ilə ünvana gedən həkim xəstənin yaxınları tərəfindən döyülüb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub

Hüquqşünas Emil Aslanov bildirir ki, təcili yardım əməkdaşlarına qarşı fiziki zorakılıq göstərmək və ya onları döymək, qanunvericiliyə görə, cinayət məsuliyyəti yaradır. Konkret cəzalar isə hadisənin xarakterindən və nəticələrindən asılı olaraq dəyişir

Hüquqşünas həmçinin onu da bildirib ki, əgər xəsarətlər ictimai yerdə törədilibsə  əlavə olaraq xuliqanlıq niyyəti ilə cəza verilərək müddət uzadıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar