Cəlilabada rayonunda təxminən bir aya yaxındır ki, onkoloji xəstələrə dərmanlar verilmir
Xezerxeber.az xəbər verir ki, bunu rayon sakinləri iddia edirlər.
Bildirilir ki, sözügedən dərmanların apteklərdə satışı qadağan olduğu üçün sərbəst şəkildə almaq mümkün deyil. Bu dərmanlar yalnız xüsusi reseptlə verilir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirlidi ki, onkoloji xəstələrin dərman təminatı məsələsi digər qurumlarla koordinasiyalı şəkildə həyata keçirilir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olan onkoloji xəstələrin dərmanla təmin edilməsi məsələsi də ən qısa zamanda həll ediləcək. Onkoloji xəstələrə verilən ağrıkəsicilər artıq sözügedən tibb müəssisəsinə göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.