Xəzər Xəbər

Bəzi sahibkarlar əlavə dəyər vergisi ödəməyəcəklər VİDEO

Veb TV | 19:50 • 9 Dekabr 2024
Bəzi sahibkarlar əlavə dəyər vergisi ödəməyəcəklər

Növbəti aydan etibarən torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar əlavə dəyər vergisi ödəməyəcəklər. Bu barədə millət vəkili Aydın Hüseynov “Xəzər Xəbər”ə danışıb.

O bildirib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq.

Xezerxeber.az-ın məlumatına görə, hazırda torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18 faizlik vergi də hesbalanır. Bu məbləğin ödənilməsi tərəflərin razılığı ərasında reallaşır. Yeni ildən isə ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu, torpaqların icarə haqlarının aşağı düşməsinə də səbəb ola bilər. 

"Bütün bunların hər biri sahibkara dəstəkdir" deyə deputat sözlərinə əlavə edib.

O qeyd edib ki, sahibkarların vəsaitləri artdıqca işlərini genişləndirə, yeni iş yerləri aça bilər. Bu da iqtisadiyyatın inkişafına öz müsbət töhfəsini verər.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar