Sumqayıt şəhər 13-cü mikrorayon, bina 19-da baş verən partlayış zamanı xəsarət alan 47 yaşlı Ramin Əliyev dünən gecə saat 21:00 radələrində ölüb.
Xezerxeber.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, reanimasiya şöbəsində müalicəsi davam etdirilən şəxsin həkimlərin səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. Ona başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın 70-75% termiki yanığı, döş qəfəsinin sağ yarısının küt travması, sağtərəfli pnevmatoraks, III dərəcə yanıq şoku diaqnozları təyin edilnişdi.
Məlumata görə, yaralılar Bakıda xəstəxanlardan birində müalicə alırdılar və dünən Sumqayıt xəstəxanasına köçürülmüşdülər. Dünyasını dəyişən şəxsin 14 və 17 yaşlı övladlarının müalicəsi davam etdirilir.
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması məqsədilə hazırda bərkitmə işləri davam edir.
Bina 6 girişdən ibarətdir. 3 girişdə sakinlərin məskunlaşması artıq təmin olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.