Ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun nümayəndələri cəlb ediləcək.
Xezerxeber.az-ın xəbərinə görə, Təhsilin İnkişafı Fondunun İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova bildirib ki, "Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması" sənədinin hazırlanmasına başlanılıb.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün Azərbaycanın cəmi 12 ali təhsil müəssisəsinin yataqxanası var. Yataqxanaların tikilməsinə özəl sektorun cəlb edilməsi bu işi daha da sürətləndirə bilər.
“Paytaxtda çoxmənzilli binaların bir iki mərtəbəsini yataqxanaya çevirməklə biz bu problemi həll edə bilərik”,- deyə ekspert vurğulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.