Bakıda daha bir ərazidə yeni yerüstü piyada keçidi inşa edilib.
Xezerxeber.az-ın məlumatına görə, Hava limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci km-də inşa edilən keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3.5 metr, qalereyasının eni isə 4.5 metrdir. Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı tikilib, piyada keçidinin ətrafında abadlaşdırılma işləri aparılıb.
Yaxınlıqda yaşayan vətəndaşlar bildirirlər ki, daha əvvəl sözügedən ərazidə sürət həddi yüksək olduğundan dəfələrlə ölümlə nəticələnən avtomobil qəzaları baş verib.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, tədbirlər planına uyğun olaraq zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşasının aparılması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.