Xəzər Xəbər

Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı təmin edilməlidir VİDEO

Veb TV | 20:07 • 5 Dekabr 2024
Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı təmin edilməlidir

"Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir".

Xezerxeber.az-ın məlumatına görə, bu fikirlər Prezident İlham Əliyevin "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Prezident qeyd edib ki, Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.

Beynəlxalq konfransın açılış sessiyasında çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Türkiyə Böyük Millət Məclisinin üzvü NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu qeyd edib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti beynəlxalq hüquqa tamamilə uyğundur.

Mövzu ilə bağlı "Xəzər Xəbər"ə danışan Türkiyə Böyük Millət Məclisinin üzvü Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım qeyd edib ki, keçirilən belə tədbirlərdə məqsəd Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıdışını gündəmə gətirmək, pozulan hüquqların bərpasına nail olmaqdır. 

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli isə bildirib ki, bu məsələyə beynəlxalq çərçivədə də maraq artır.

Qeyd edək ki, konfransda iştirak edən bir qrup xarici diplomata Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar