Yağmurlu hava şəraiti baxımsız halda olan yolların vəziyyətini bir az da çətinləşdiririr.
Belə ünvanlardan biri də Sabunçu rayonu, Ramana qəsəbəsi, Əsəd Əsədov küçəsidir. yolun bərbad vəziyyətdə olması isə orda yaşayan sakinləri çıxılmaz
Yolun bu halda olmasından isə ən çox məktəblilər əziyyət çəkirlər. Yolu özü keçə bilməyənlərin imdadına valideynləri çatır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, həmin yolun təmiri Agentliyin balansında deyil.
Maraqlıdır ki, Sabunçu Rayon İcra Hakimiyyətindən isə əksi iddia edildi.
Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Ramanada da qəsəbədaxili yolların asfaltlanması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Müraciətdə qeyd olunan Ramana qəsəbəsi, Əsəd Əsədov küçəsində də yolun asfaltlanması ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına salınması üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.