Xəzər Xəbər

Dələduzlar indi də yeni üsula əl atdılar – Azərbaycanlı adları ilə saxta profillər açılır... VİDEO

Veb TV | 22:00 • 4 Dekabr 2024
Dələduzlar indi də yeni üsula əl atdılar – Azərbaycanlı adları ilə saxta profillər açılır...

Kiberdələduzlar əvvəl sosial şəbəkələrdə xarici adlarla vətəndaşlara mesaj yazır, tora salmaq istəyirdilər, indi azərbaycanlı adları ilə saxta profillər açır, linklər göndərirlər...

Xezerxeber.az xəbər verir ki, mesajların mətni isə təxminən belədir: "Müraciətim təsdiqləndikdən sonra kartıma 50 min abş dolları kredit yükləndi. Mən və dostlarım bu kreditdən faydalanmışıq.

Linkə daxil olub siz də faydalanın"...

Son zamanlar sosial şəbəkələrdə populyar paylaşımların altında bu cür rəylərə tez-tez rast gəlinir.

İnformasiya texnologiyaları üzrə mütəxəsis Elvin Abbasov deyir ki, bu, fişinq dələduzluq adlanır və saxta profillər insanlara real insanın istifadə etdiyi hesab kimi təqdim edilir.

Elvin Abbasov deyir ki, dələduzlar bu cür cəhdləri müxtəlif qurumların adlarından da edir. Məqsəd isə birdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti