Xəzər Xəbər

Hərrac prosesinə kənar müdaxilələrin qarşısı necə alınacaq? VİDEO

Veb TV | 21:15 • 4 Dekabr 2024
Hərrac prosesinə kənar müdaxilələrin qarşısı necə alınacaq?

Məhkəmə və digər orqanların qərarlarının əsası ilə hərraca çıxarılan əmlakların satışı prosesi bundan sonra yeni yaradılmış portal vasitəsilə onlayn qaydada həyata keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, bununla da göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılacaq, vətəndaş yönümlü xidmətlərə əlçatanlıq təmin ediləcək, eləcə də məmur-vətəndaş ünsiyyəti minimuma endiriləcək. Ən vacibi isə istənilən şəxs hərrac prosesində iştirak edib, münasib qiymətə hansısa əmlakı ala biləcək.

Hər bir hərrac açıq auksion formasında 7 gün müddətində keçiriləcək.

Qalibin etdiyi ödəniş təsdiqləndikdən sonra protokol hazırlanır. Bununlada həmin şəxs əldə etdiyi əmlakı aidiyyatı dövlət qurumlarına müraciət edərək mülkiyyətini qeydiyyata ala bilər. Qeyd edək ki portal ötən gündən istifadəyə verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti