Bakıda yeni serial çəkiləcək deyə elan verilib.
Xezerxeber.az xəbər verir ki, rol almaq istəyənlərdən biri də müraciət edib.
“Əvvəlcə 20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq aktyorluq kursunda iştirak üçün 600 manat verirsiz”, - elanı paylaşılıb.
İddiaya görə, ölkədə yeni bir serial çəkiləcək adı ilə 850-dən çox şəxs "Devin Medya Akademi" adlı təşkilatda kursa yazılıb və ödəniş ediblər.
Sözügedən məsələ ilə bağlı “Xəzər Xəbər”ə müraciət edən şikayətçinin sözlərinə görə, "Devin Medya Akademi" film çəkilişləri üçün həvəskar şəxslər axtarıldığına dair elan paylaşıb. Bu elanı görüb müraciət edən şəxslərdən "vatsapp" qrupuna əlavə olunmaları üçün 20 manat tələb edilib.
Məsələ ilə bağlı adı çəkilən təşkilatdan “Xəzər Xəbər”ə bildirildi ki, onlar Türkiyədən bura film çəkilişləri üçün gəliblər.
Heç bir aldatmaqdan söhbət getmir. Alınan ödənişlərə gəlincə isə...