Sərnişinlər Xırdalan istiqamətində fəaliyyət göstərən 119 və 199 nömrəli avtobusların fəaliyyətindən narazıdırlar.
Onlar “Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan istiqamətində fəaliyyət göstərən hər iki avtobusun gec işləməsindən şikayətçidirlər. Avtobus gözləyən sərnişinlər vəziyyətlə bağlı “Xəzər Xəbər”in qaynar xəttinə görüntü də göndəriblər.
Sürücülər isə vəziyyətin tıxacla əlaqədar olduğunu bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, gündəlik olaraq 119 nömrəli marşrut xətti üzrə 18 avtobus işləyir və 6-7 dəqiqə intervalla fəaliyyət göstərir. Marşrut üzrə hərəkət edən avtobusların qrafikində günün pik saatlarında şəhərin müxtəlif küçə və prospektlərində, əsasən də "20 Yanvar" dairəsi, "Şamaxinka" adlanan ərazi və Xırdalan şəhəri ərazisində nəqliyyat vasitələrinin sıxlığı səbəbindən gecikmələr müşahidə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.